19 yanvar 2012 21:05
Klublarımızın ÇL-dəki rəqibləri müəyyənləşdi
Azərbaycanın qadın voleybolçulardan ibarət klublarının Çempionlar Liqasındakı növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq həm ölkə çempionu “Rabitə”nin, həm də “Azərreyl”in ÇL-in 1/8 final mərhələsindəki rəqibləru məlumdu.
Qeyd edək ki, ilk səbətdə yer alan Azərbaycan klublarının potensial rəqibləri aşağıdakı komandalar idi: “Modranska” (Çexiya), “Atom” (Polşa), “Villi Korteze” (İtaliya), “Bergamo” (İtaliya), “Eczaçıbaşı” (Türkiyə), “Muşina” (Polşa), “Volero” (İsveçrə) və “Dresdner” (Almaniya).
Püşkatma nəticəsində “Rabitə” Polşa “Atom”u ilə düşüb. “Azərreyl” isə 1/4 finala çıxmaq üçün İsveçrə “Volero”sundan güclü olmalıdı.
