18 yanvar 2012 19:12
Lokomotiv Spliti darmadağın edib, mərhələ adladı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Xorvatiya “Split”i ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz bu mərhələyə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində yüksəlmişdi. Bu dəfə isə “dəmiryolçular” eyni aqibəti xorvatlara da yaşadıblar.
1/8 finala çıxmaq yolunda “Lokomotiv” ilk matçını səfərdə keçirmişdi. Həmin görüş təmsilçimizin inamlı qələbəsi ilə bitmişdi – 3:0. Bu üzdən eyni uğuru Bakıda da təkrarlamaqla, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək mümkün olacaqdı. Gözlənildiyi kimi, təmsilçimiz rəqibini yenə darmadağın edib. Bu isə "Lokomotiv"in növbəti mərhələyə vəsiqə qazanması deməkdi.
Çellenc kuboku
1/16 final (cavab oyunu)
18 yanvar
Lokomotiv - Split - 3:0 (25:15, 25:10, 25:18)
