17 yanvar 2012 20:30
Azərreyl Constantanı darmadağınla yola saldı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununu kecirib. Azerisport.az xəbər verir ki, komandamız evdə Rumıniyanın “Tomis Constanta” klubu ilə qarşılaşıb.
Xatırladaq ki, D qrupunda mübarizə aparan təmsilçimiz bu mövsüm ilk görüşünü məhz Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. İkinci görüş isə evdə İtaliyanın “Bergamo” klubuna qarşı olmuşdu ki, bu oyunda da təmsilçimiz 3:1 hesabıyla qələbə qazanmışdı. Türkiyənin “Vakıfbank” klubuyla dueldə də məhz “Azərreyl” qələbə qazanaraq, pley-offa vəsiqəni rəsmiləşdirmişdi. Lakin bu komandayla Türkiyədəki səfər matçı komandamızın məğlubiyyəti ilə bitmişdi – 2:3. Elə “Bergamo” ilə səfər oyunu da komandamızın yenilgisi ilə başa çatmışdı – 1:3.
Rumıniya klubu ilə bu dəfəki görüşün necə bitəcəyi isə maraqla gözlənilirdi. Gözlənildiyi kimi, təmsilçimiz qrup mərhələsindəki son matçında da inamlı qələbə qazanmağı bacarıb.
Çempionlar Liqası
D qrupu
17 yanvar
Azərreyl – Constanta - 3:0 (25:20, 25:16, 27:25)
Qrupdakı son durum: Vakıfbank – 11 xal (12-5), Azərreyl – 10 (12-7), Bergamo – 7 (9-10), Constanta – 2 (3-14).
