13 yanvar 2012 01:27

Azərreyl lider ola bilmədi (YENİLƏNİB)

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununu kecirib. Azerisport.az xəbər verir ki, komandamız səfərdə İtaliyanın “Bergamo” klubu ilə qarşılaşıb.
 
Xatırladaq ki, D qrupunda mübarizə aparan təmsilçimiz bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. İkinci görüş isə evdə İtaliyanın “Bergamo” klubuna qarşı olmuşdu ki, bu oyunda da təmsilçimiz 3:1 hesabıyla qələbə qazanmışdı. Türkiyənin “Vakıfbank” klubuyla dueldə də məhz “Azərreyl” qələbə qazanaraq, pley-offa vəsiqəni rəsmiləşdirmişdi. Lakin bu komandayla Türkiyədəki səfər matçı komandamızın məğlubiyyəti ilə bitmişdi – 2:3.
 
İtaliya klubu ilə bu dəfəki görüşün necə bitəcəyi isə maraqla gözlənilirdi. Təəssüf ki, oyuna yaxşı başlamayan "Azərreyl" ardıcıl iki setdə məğlubiyyətlə üzləşib. Üçüncü set komandamızın qələbəsi ilə bitsə də, məğlubiyyətdən qaçmaq cəhdləri mümkünsüz olub.
 
Çempionlar Liqası
D qrupu
12 yanvar
 
Bergamo – Azərreyl - 3:1 (25:23, 25:18, 22:25, 25:21)
 
Qrupdakı son durum: Vakıfbank – 11 xal (12-5), Azərreyl – 11 (12-7), Bergamo – 6 (9-10), Constanta – 2 (3-14).

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub