11 yanvar 2012 20:45
Bakı Kipr klubunu darmadağınla yola saldı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Kipr “Apollon”u ilə qarşılaşıb.
Xatırladaq ki, təmsilçimiz bu mərhələyə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində yüksəlmişdi. Paytaxtın eyni adlı təmsilçisi oxşar aqibəti kiprlilərə də yaşatmalıdı.
1/8 finala çıxmaq üçün “Bakı” doğma meydan amilindən maksimum yararlanmağa borcluydu. Çünki cavab görüşü səfərdə keçiriləcəyindən, bu matçda mümkün qədər diqqətli oynamaq lazım idi. Gözlənildiyi kimi, paytaxt klubu bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. Təmsilçimiz rəqibini darmadağınla yola salaraq, cavab görüşü öncəsi üstünlük əldə edib.
Çellenc kuboku
1/16 final (ilk oyun)
11 yanvar
Bakı – Apollon - 3:0 (25:20, 25:19, 25:13)
