11 yanvar 2012 21:25
Lokomotiv Xorvatiya klubunu darmadağın etdi (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Xorvatiya “Split”i ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz bu mərhələyə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində yüksəlmişdi İndi “dəmiryolçular” eyni aqibəti xorvatlara da yaşatmalıdılar.
1/8 finala çıxmaq üçün “Lokomotiv” səfər matçından sərfəli nəticə ilə dönməyə borcluydu. Təmsilçimiz görüşə inamlı başlamasa da, ilk seti qazanmağı bacarıb. Növbəti setlərdə də rəqibinə heç bir şans verməyən "dəmiryolçular" beləcə darmadağın imza atıblar. Cavab görüşü Bakıda baş tutacaq.
Çellenc kuboku
1/16 final (ilk oyun)
11 yanvar
Split - Lokomotiv - 0:3 (18:25, 21:25, 15:25)
