12 yanvar 2012 01:08
İqtisadçı İtaliyadan məğlub qayıdır (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə növbəti oyununa çıxır. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində ilk oyununu səfərdə keçirəcək.
Təmsilçimizin bu mərhələdəki ilk rəqibi isə İtaliyanın “Yamamay” klubudu. 1/16 finalda Rumıniya “Dinamo Romprest”indən güclü olan “İqtisadçı” indi də eyni aqibəti italyanlara yaşatmağa çalışacaq. Bu komandanın əvvəlki mərhələdə Fransanın “Cannet” klubunu turnirdən uzaqlaşdırdığını da qeyd edək.
“İqtisadçı” mərhələ adlamaq üçün bu rəqibi ilə səfər matçında sərfəli nəticə qazanmalıdı. Əks halda komandamız işini çətinə sala bilər.
CEV kuboku
1/8 final (ilk oyun)
11 yanvar
Yamamay – İqtisadçı - 3:0 (26:24, 25:17, 27:25)
