9 yanvar 2012 18:39
İqtisadçı italiyalı baş məşqçisini qovdu
Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol klubunun italiyalı baş məşqçisi Emanuela Sbano tutduğu vəzifədən kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, “İqtisadçı”nın çıxışı komandanın rəhbərliyini razı salmadığı üçün o vətəninə yola salınıb.
Bu vəzifə hazırda müvəqqəti olaraq köməkçi məşqçi Eldar Əliyevə tapşırılıb. İtaliyalı baş məşqçi “İqtisadçı”nı CEV kuboku yarışlarında 2, Azərbaycan Super Liqasında isə 3 oyuna çıxarıb. Bu qarşılaşmalarda 3 qələbəsi olan mütəxəssis onlardan ikisini beynəlxalq arenada, birini isə daxili çempionatda əldə etmişdi.
