7 yanvar 2012 00:05
Son çempiondan liderə ağır zərbə
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Azəryolservis”lə “Lokomotiv-Biləcəri” üz-üzə gəlib. “Azəryolservis” bu görüşdə ilk qələbəsini bayram edib.
Son ölkə çempionu “Rabitə” “Bakı” ilə qarşılaşıb. Turun mərkəzi oyununda yüz faizli nəticə ilə irəliləyən “Bakı”nın məğlubedilməzliyinə son qoyulub. Son çempion əsas rəqibini məğlub etsə də, onu zirvədən sala bilməyib.
Günün son matçında isə “Lokomotiv” “Azərreyl” ilə görüşüb. Tərəflərin gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşündə gülən tərəf “Azərreyl” olub.
Voleybol
Azərbaycan çempionatı
5-ci tur
6 yanvar
Azəryolservis - Lokomotiv-Biləcəri - 3:0 (25:11, 25:22, 25:18)
Bakı - Rabitə - 0:3 (16:25, 23:25, 18:25)
Lokomotiv - Azərreyl - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
Turnir cədvəli: Bakı - 9 (12-3), Rabitə - 6 (9-1), Azərreyl - 6 (9-3), Azəryolservis - 5 (5-9), Lokomotiv-Biləcəri - 5 (0-15), İqtisadçı - 4 (4-7), Lokomotiv - 2 (5-6).
