5 yanvar 2012 13:47
Azərbaycan dünya 36-cısıdı
Beynəlxalq Voleybol Federasiyası dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda 36-cı yerdə gedir.
Bu isə ötən reytinq siyahısı ilə müqayisədə bir pillə geriləməyimiz anlamına gəlir. Faiq Qarayevin yetirmələrinin hesabında indi 14,25 bal var.
Kişilərdən ibarət voleybol yığmamız isə 92-ci pillədə qərarlaşıb. Bu komandamızın hesabında 4,75 bal var.
