29 dekabr 2011 01:05

Rabitənin finaldakı rəqibi müəyyənləşdi

İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində finalçıların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubunun həlledici oyundakı rəqibi Fransanın “Kann” komandası olacaq.
 
Qeyd edək ki, yarışın ilk günündə Rusiyanın “Severstal” (3:1) və Fransanın “Kann” klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın "Unilever" komandası rəqib olmuşdu. Bu rəqibini də yenən (3:0) komandamız adını finala yazdırmışdı.
 
Digər yarımfinal cütündə isə “Rabitə” kimi qrup birincisi olmuş İsveçrənin “Volero” klubu məhz Azərbaycan çempionunun qrupundan ikinci yerlə çıxan “Kann”la üz-üzə gəlib. Fransa təmsilçisi daha inamlı oyun sərgiləyərək, finala vəsiqə qazanıb – 3:0 (25:19, 25:15, 33:31).
 
Turnirə bu gün yekun vurulacaq. 5-ci yer uğrunda oyunda Rumıniyanın “Dinamo” və Rusiyanın “Severstal” klubları üz-üzə gələcəksə, 3-cülük uğrunda “Volero” və “Unilever” mübarizə aparacaq. Həlledici qarşılaşmada isə “Rabitə” qrup mərhələsində darmadağın etdiyi “Kann”la görüşəcək.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub