30 dekabr 2011 01:00

Rabitə yenə çempion oldu (YENİLƏNİB)

Bu gün İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubunun həlledici oyundakı rəqibi Fransanın “Kann” komandasıydı.

Qeyd edək ki, yarışın ilk günündə Rusiyanın “Severstal” (3:1) və Fransanın “Kann” klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın "Unilever" komandası rəqib oldu. Bu rəqibini də yenən (3:0) komandamız adını finala yazdırdı. Digər yarımfinal cütündə isə “Rabitə” kimi qrup birincisi olmuş İsveçrənin “Volero” klubu məhz Azərbaycan çempionunun qrupundan ikinci yerlə çıxan “Kann”la üz-üzə gəldi. Fransa təmsilçisi daha inamlı oyun sərgiləyərək, finala vəsiqə qazandı – 3:0 (25:19, 25:15, 33:31).
 
Gözlənildiyi kimi, "Rabitə" bu dəfə də "Kann" ilə dueldən qalib ayrıldı. Qrup mərhələsindən fərqli olaraq, fransızlar bu dəfə asanlıqla uduzmayıblar. Lakin sonda yenə bu rəqibini məğlub etməyi bacaran Azərbaycan çempionu 2011-ci ildə qatıldığı üçüncü mötəbər turnirdə də ən güclü adını qazanmağa nail olub.
 
Final matçı ilə yanaşı, bu gün həmçinin 5-ci yer uğrunda oyunda Rumıniyanın “Dinamo” və Rusiyanın “Severstal” klubları qarşılaşıb. Ruslar qələbə sayəsində sonuncu olmaqdan yaxa qurtarıblar. 3-cülük uğrunda isə “Volero” və “Unilever” mübarizə aparıb. Braziliya təmsilçisi rəqibini darmadağın edərək, bürünc medallara sahib çıxıb.
 
Top Volley İnternational
Final mərhələsi
29 dekabr
 
Final
Rabitə - Kann - 3:1 (28:26, 25:22, 22:25, 25:21)

3-cü yer uğrunda oyun
Volero – Unilever - 0:3 (22:25, 13:25, 24:26)
 
5-ci yer uğrunda oyun
Severstal - Dinamo - 3:0 (25:19, 25:15, 25:21)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub