28 dekabr 2011 23:05
Rabitə braziliyalıları darmadağın edib, finala çıxdı (YENİLƏNİB)
Bu gün İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində yarımfinal görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubu bu mərhələdə Braziliyanın "Unilever" komandası ilə qarşılaşıb.
Qeyd edək ki, ötən gün Rusiyanın “Severstal” (3:1) və Fransanın “Kann” klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi olmuş Braziliya təmsilçisi rəqib olub. Hansı ki, qrup mərhələsində Rumıniyanın “Dinamo” klubunu darmadağın etdiyi (3:0) halda, İsveçrə “Volero”suna məğlub olmuşdu (1:3).
Komandamız bu rəqibi ilə dueldə də inamlı qələbə qazanmağı bacarıb. Braziliya təmsilçisini darmadağın edən "Rabitə" adını finala yazdırıb.
Qeyd edək ki, digər yarımfinal cütlüyü də bu gün müəyyənləşəcək. Həmin oyunda isə “Volero” “Kann” ilə görüşəcək. Turnirə isə sabah yekun vurulacaq.
Top Volley İnternational
Yarımfinal
28 dekabr
Rabitə - Unilever – 3:0 (25:17, 25:22, 25:22)
Volero – Kann
