27 dekabr 2011 22:55
Rabitə Rusiya klubu ilə dueldən qələbə ilə ayrıldı (YENİLƏNİB)
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionu “Rabitə” “Top Volley International” turnirində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın ilk rəqibi Rusiyanın “Severstal” klubu olub.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayıb. Komandamız ilk görüşündən qələbə ilə ayrılıb - 3:1 (25:15, 25:19, 25:27, 25:22).
Saat 23:30-da isə “rabitəçilər” Fransanın “Kann” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, digər qrupda da Rumıniyanın “Dinamo”, İsveçrənin “Volero” və Braziliyanın “Unilever” klubları çıxış edir. Qruplarında ilk iki yeri tutan komandalar sabah pley-off oyunlarında qarşılaşacaqlar. Qrup sonuncuları isə beşinci yer uğrunda oyun keçirməlidilər.
