24 dekabr 2011 14:15
Azərbaycan çempionu Rusiya və Fransa klublarına qarşı
Qadın voleybolçular arasında Azərbaycan çempionu "Rabitə"nin çıxış edəcəyi "Top Volley İnternational" turnirinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Bakı klubu "Kiçik dünya çempionatı" adlanan yarışda Rusiyanın "Severstal" və Fransanın "Kann" klubları ilə eyni qrupa düşüb.
Digər qrupda isə İsveçrənin "Volero", Rumıniyanın "Dinamo-Romprest" və Braziliyanın "Unilever" klubları yer alıb.
Zoran Qayiçin başçılıq etdiyi komandamız hər iki oyununa dekabrın 27-də çıxacaq.
