21 dekabr 2011 00:01
Azərreyl Vakıfbanka tay-brekdə məğlub oldu (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu kecirib. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə səfərə çıxıb.
Belə ki, D qrupunda mübarizə aparan təmsilçimiz Türkiyədə qardaş ölkənin “Vakıfbank” klubu ilə üz-üzə gəlib. Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. İkinci görüş isə evdə İtaliyanın “Bergamo” klubuna qarşı olmuşdu ki, bu oyunda da təmsilçimiz 3:1 hesabıyla qələbə qazanmışdı. Ötən həftə baş tutan “Vakıfbank”la dueldə də məhz “Azərreyl” qələbə qazanaraq, pley-offa vəsiqəni rəsmiləşdirmişdi.
Bu dəfəki görüşün necə bitəcəyi isə maraqla gözlənilirdi. Gərgin və maraqlı idman
Çempionlar Liqası
D qrupu
20 dekabr
Vakıfbank – Azərreyl - 3:2 (21:25, 25:14, 25:23, 20:25, 15:12)
Qrupdakı son durum: Azərreyl - 10 xal (11-4), Vakifbank - 7 (9-5), Constanta – 2 (3-8), Bergamo (3-9).
