16 dekabr 2011 12:45
Təxirə salınmış oyunun keçirilmə vaxtı müəyyənləşdi
Voleybol üzrə qadınlar arasında Super Liqa yarışlarının birinci dövrəsinin ilk turunda təxirə salınmış “Azərreyl” - “Lokomotiv Biləcəri” görüşünün keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, oyun dekabrın 17-də federasiyanın idman zalında keçiriləcək. Görüşün baş hakimi Ruhid Xəlilov, onun köməkçisi isə Konstantin Selin olacaq. Oyun saat 12:00 da başlayacaq.
