15 dekabr 2011 23:00
Rabitə Fenerbahçe ilə dueldə darmadağın oldu (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu dəfə də səfərdə meydana çıxıb.
Son Azərbaycan çempionunun bu dəfəki rəqibi isə Türkiyənin “Fenerbahçe” klubu idi. Bu komanda ilk iki oyununda Fransanın “Mulhouse”, eləcə də Almaniyanın “Dresdner” klubunu məğlub etməyi bacarmışdı.
Elə “Rabitə” də ilk oyununu evdə keçirmiş və Fransanın “Mulhouse” klubunu darmadağın etmişdi - 3:0. Ardından təmsilçimiz səfərdə Almaniya “Dresdner”inə gücünü göstərmişdi – 3:0. İndi isə komandamız qrupdakı digər rəqibini məğlub etməklə vahid liderliyi ələ almağa çalışacaqdı. Əks halda Qoran Zayiçin komandası işini çətinləşdirə bilərdi.
Təəssüf ki, qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb. Nəticədə türklər artıq qrupdan çıxmağı bacarıblar. İndi komandamız ikinci vəsiqə üçün mübarizə aparmalıdı.
Çempionlar Liqası
B qrupu
15 dekabr
Fenerbahçe - Rabitə - 3:0 (25:20, 29:27, 25:18)
Qrupdakı son durum: Fenerbahçe – 9 xal, Rabitə - 6, Mulhouse - 3, Dresdner – 0.
