15 dekabr 2011 01:17
Azərreyl ÇL-in pley-off mərhələsində!
Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu turnirin D qrupunda mübarizə aparan təmsilçimiz İtaliya “Bergamo”su, Türkiyə “Vakıfbank”ı və Rumıniya “Constanta”sı ilə ilk duellərindəcə növbəti mərhələyə çıxmaq vəzifəsinin öhdəsindən gəlib.
Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. İkinci görüş isə evdə İtaliyanın “Bergamo” klubuna qarşı olmuşdu ki, bu oyunda da təmsilçimiz 3:1 hesabıyla qələbə qazanmışdı. Ötən gün isə voleybolçularımız Türkiyə “Vakıfbank”ını darmadağın etdi – 3:0.
Məhz bu qələbələr “Azərreyl”i artıq ÇL-in pley-off mərhələsinə çıxarıb. Komandamız hətta bundan sonrakı görüşlərdə uduzsa belə, ÇL-dəki çıxışını davam etdirəcək. Bu üzdən də Faiq Qarayevin yetirmələri son üç görüşdə sadəcə qrup liderliyini qorumağa çalışacaq.
Voleybol
Çempionlar Liqası
D qrupu
1. Azərreyl - 9 xal (set fərqi 9-1)
2. Vakıfbank - 6 (6-3)
3. Constanta – 2 (3-8)
4. Bergamo – 1 (3-9).
