14 dekabr 2011 19:31
Azərreyl Vakıfbank-dan üstün oldu (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu kecirdi. Azerisport.az xəbər verir ki, komandamız üçüncü matçını evdə keçirirdi.
Belə ki, D qrupunda mübarizə aparan təmsilçimiz "Sərhədçi" olimpiya kompleksində Türkiyənin “Vakıfbank” klubunu qəbul edib 3:0 hesabı ilə qalib gəldi.
Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. İkinci görüş isə evdə İtaliyanın “Bergamo” klubuna qarşı olmuşdu ki, bu oyunda da təmsilçimiz 3:1 hesabıyla qələbə qazanmışdı.
“Vakıfbank” da ilk iki oyununda qələbə qazanıb. Bu üzdən də bu görüşdə tərəflər qrupun vahid liderini müəyyənləşdirmək üçün döyüşürdülər.
Çempionlar Liqası
D qrupu
14 dekabr
Azərreyl – Vakıfbank - 3:0 (25:23, 25:21, 26:24)
Qrupdakı son durum: Azərreyl - 9 xal (3 oyun), Vakifbank - 6 (3), Bergamo, Constanta – 0 (2).
