13 dekabr 2011 15:31
Bakı darmadağınla zirvədəki mövqeyini daha da möhkəmləndirdi
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında dördüncü turun bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında lider “Bakı” “Lokomotiv-Biləcəri” ilə qarşılaşıb.
Gözlənildiyi kimi, bu dueldən daha iddialı olan paytaxtın eyni adlı təmsilçisi qalib ayrılıb. “Bakı” voleybolçuları debütantı darmadağın ediblər 3:0.
Bu qələbə sayəsində “Bakı” zirvədəki mövqeyini daha möhkəmləndirmiş olub.
Voleybol
Azərbaycan çempionatı
4-cü turun oyunu
13 dekabr
Bakı - Lokomotiv-Biləcəri - 3:0 (25:10, 25:19, 25:16).
Turnir cədvəli: Bakı - 8 (12-0), Rabitə - 4 (6-1), İqtisadçı - 4 (4-7), Lokomotiv - 3 (3-3), Azəryolservis - 3 (2-9), Lokomotiv-Biləcəri - 3 (0-9), Azərreyl - 2 (3-1).
