12 dekabr 2011 00:05
Lokomotivlə Bakıdan darmadağın
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında üçüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda üç görüş baş tutub.
Günün ilk oyununda “Azəryolservis”lə “Bakı” üz-üzə gəlib. Gözlənildiyi kimi, paytaxtın eyniadlı klubu bu görüşdə asan qələbəyə sevinib.
“Lokomotiv” “Lokomotiv-Biləcəri” ilə qarşılaşıb. Bu dueldən də “dəmiryolçular” darmadağınla ayrılıblar.
Turun mərkəzi görüşündə isə “Rabitə” “İqtisadçı”yla qarşılaşıb. Son Azərbaycan çempionu bir setdə rəqibinin müqaviməti ilə üzləşsə də, sonda qələbəyə sevinən tərəf olub.
Voleybol
Azərbaycan çempionatı
3-cü tur
11 dekabr
Bakı - Azəryolservis - 3:0 (25:14, 25:20, 25:13)
Lokomotiv - Lokomotiv-Biləcəri - 3:0 (25:9, 25:11, 25:17)
İqtisadçı – Rabitə - 1:3 (12:25, 25:17, 23:25, 18:25)
Turnir cədvəli: Bakı - 6 (9-0), Rabitə - 4 (6-1), İqtisadçı - 4 (4-7), Lokomotiv - 3 (3-3), Azəryolservis - 3 (2-9), Azərreyl - 2 (3-1), Lokomotiv-Biləcəri - 2 (0-6).
