9 dekabr 2011 12:01
Klublarımızın növbəti rəqibləri müəyyənləşdi
Azərbaycanın qadın voleybolçulardan ibarət klublarının Çellenc kubokubondakı növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Bakı” Kipr, “Lokomotiv” isə Xorvatiya təmsilçisi ilə üz-üzə gələcək.
Belə ki, “Bakı” sözügedən turnirin 1/16 final mərhələsində Kiprin “Limassol” klubu ilə münasibətlərinə aydınlıq gətirməli olacaq. “Lokomotiv”in bəxtinə isə Xorvatiyanın “Split” klubu düşüb.
Qeyd edək ki, Çellenc kubokubonun 1/16 final mərhələsinin oyunları 2012-ci ilin yanvar ayında keçiriləcək.
