8 dekabr 2011 21:20
Lokomotiv Vaşaşı yenə darmadağın edib, mərhələ adladı (YENİLƏNİR)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Macarıstan “Vaşaş”ı ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz bu komandayla ilk oyununu səfərdə keçirmişdi. “Dəmiryolçular” cavab matçı öncəsi sərfəli nəticə qazanmağa nail olmuşdular. Komandamız ilk oyunda darmadağın etdiyi (3:0) rəqibinə evdə də eyni aqibəti yaşatmağa sadəcə borcluydu.
Bakı İdman Sarayında baş tutan görüşdə voleybolçularımızın növbəti qələbəsi 1/8 finala çıxmaq üçün yetərli olub.
Çellenc kuboku
1/16 final (ikinci oyun)
8 dekabr
Lokomotiv - Vaşaş - 3:0 (25:22, 25:11, 25:18)
