8 dekabr 2011 01:54
İqtisadçı 1/8 finalda İtaliya klubu ilə qarşılaşacaq
Azərbaycanın "İqtisadçı" voleybol klubunun CEV Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız növbəti mərhələdə İtaliya klubu ilə qarşılaşacaq.
Bu turnirdəki yeganə təmsilçimiz "Yamamay Busto Arsizio" klubunu sınağa çəkəcək. Sözügedən komanda 1/16 finalda Fransanın "Le Cannet" klubu ilə qarşılaşıb və hər iki matçda qələbə qazanıb.
"İqtisadçı" isə 1/16 finalda Rumıniyanın "Dinamo Romprest" klubunu mübarizədən kənarlaşdırıb.
"İqtisadçı" və "Yamamay Busto Arsizio" arasında ilk matç gələn ilin 10 yanvarında, cavab matçı isə bir həftə sona keçiriləcək.
