8 dekabr 2011 00:23
Bakı Fransa klubunu darmadağınla keçdi (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu Çellenc Kubokunda növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Fransanın “Evre” klubunun qonağı olub.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş Bakıda baş tutmuşdu. Təmsilçimiz rəqibini 3:1 hesabıyla məğlub yola salmışdı. İndi növbəti mərhələyə adlamaq üçün voleybolçularımız eyni uğuru təkrarlamağa borcluydular. Gözlənildiyi kimi, komandamız sensasiyaya imkan verməyib və adını növbəti mərhələyə yazdırıb.
Çellenc kuboku
1/16 final (ikinci oyun)
1 dekabr
Evre – Bakı - 0:3 (16:25, 15:25, 20:25)
