7 dekabr 2011 22:12
İqtisadçı 1/8 finala adladı (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə növbəti oyununa çıxır. Azerisport.az xəbər verir ki, komandamız səfərdə Rumıniyanın “Dinamo Romprest” klubunun qonağı olacaq.
Qeyd edək ki, təmsilçimiz bu rəqibi ilə ilk oyununu Bakı İdman Sarayında keçirmişdi və rumınları darmadağınla yola salmışdı – 3:0. İndi voleybolçularımız növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək üçün eyni uğuru yenidən təkrarlamağa borcludular.
CEV kuboku
1/16 final (ikinci oyun)
7 dekabr
Dinamo Romprest – İqtisadçı - 2:3 (28:30, 25:22, 25:19, 14:25, 11:15)
