7 dekabr 2011 23:27
Rabitə almanları səfərdə darmadağın etdi (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, ilk oyununu evdə keçirən və Fransanın “Mulhouse” klubunu darmadağın edən (3:0) təmsilçimiz bu dəfə Almaniyaya səfərə çıxıb.
“Rabitə”nin bu dəfəki rəqibi isə “Dresdner” idi. Qeyd edək ki, bu komanda ilk oyununda səfərdə Türkiyənin “Fenerbahçe” klubuna uduzmuşdu – 0:3. Almanlar həmin yenilgini təmsilçimizlə görüşdə unutdurmağı hədəfləmişdilər.
Lakin qrupdakı vəziyyətini pisləşdirməmək üçün Qoran Zayiçin yetirmələri uğurlu seriyanı Drezden də davam etdirməliydilər. Gözlənildiyi kimi, komandamız səfərdə darmadağınla qələbə qazanıb.
Çempionlar Liqası
B qrupu
7 dekabr
Dresdner - Rabitə - 0:3 (22:25, 19:25, 21:25)
