7 dekabr 2011 19:55
Azərreyl Bergamonu məğlub yola saldı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız ikinci matçını evdə keçirib.
Belə ki, D qrupunda mübarizə aparan təmsilçimiz Bakı İdman Sarayında İtaliyanın “Bergamo” klubunu qəbul edib.
Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirmişdi və "Azərreyl" səfərdə darmadağına imza atmışdı - 3:0. “Bergamo” isə Türkiyənin “Vakıfbank” klubuna məğlub olmuşdu. Bu üzdən də qarşılaşmanın Faiq Qarayevin yetirmələri üçün asan keçməyəcəyi öncədən də bəlliydi. Lakin təmsilçimiz çətinliklə də olsa, nəhəng rəqibi üzərində parlaq qələbə qazana bilib.
Çempionlar Liqası
D qrupu
7 dekabr
Azərreyl – Bergamo - 3:1 (25:15, 25:19, 22:25, 25:22)
