4 dekabr 2011 00:04
Bakı İqtisadçını darmadağın edib, lider oldu (FOTOREPORTAJ)
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu tur iki görüş baş tutub.
Günün ilk oyununda “Azəryolservis”lə “Azərreyl” üz-üzə gəlib. “Azərreyl” görüşə fəal başlasa da, üçüncü setdə büdrəyib. Lakin dördüncü setdə yenə qələbə qazanmaqla ümumi hesabda üstünlüyünü təmin edib.
Növbəti oyunda “Bakı” “İqtisadçı”yla qarşılaşıb. Paytaxtın eyni adlı təmsilçisi rəqibinə göz açmağa imkan verməyib və darmadağınla qələbə qazanıb.
Voleybol
Azərbaycan çempionatı
2-ci tur
3 dekabr
Azəryolservis – Azərreyl - 1:3 (16:25, 19:25, 25:19, 18:25)
Bakı - İqtisadçı - 3:0 (25:20, 29:27,25:21)
Turnir cədvəli: Bakı - 4 (6-0), Azərreyl - 3 (3-1), İqtisadçı - 3 (3-4), Rabitə - 2 (3-0), Azəryolservis - 2 (2-6), Lokomotiv - 2 (0-3), Lokomotiv-Biləcəri - 1 (0-3).
