1 dekabr 2011 22:06
Bakı da fransızları məğlub yola saldı (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu Çellenc Kubokunda növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyununu evdə keçirəcək təmsilçimiz Bakı İdman Sarayında Fransanın “Evre” klubu ilə görüşüb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü səfərdə keçiriləcək. Odu ki, “Bakı” doğma meydan amilindən yararlanıb, ilk görüşdə mütləq inamlı qələbə qazanmalıydı. Əks halda növbəti mərhələyə adlamaq şanslarını çətinləşdirə bilərdi.
Paytaxtın eyni adlı təmsilçisi görüşə inamlı başlasa da, ikinci setdə məğlub olub. Amma son iki setdə toparlanan təmsilçimiz qələbəni təmin etməyi bacarıb.
Çellenc kuboku
1/16 final (ilk oyun)
1 dekabr
Bakı – Evre - 3:1 (25:15, 18:25, 25:20, 25:11)
