1 dekabr 2011 18:22
Rabitə darmadağınla başladı (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, ilk oyununu evdə keçirəcək Azərbaycan çempionu “Sərhədçi” İdman Kompleksində Fransanın “Mulhauz” klubu ilə görüşüb.
Qeyd edək ki, bu komanda təmsilçimizin əsas rəqiblərindən hesab olunurdu. Odu ki, “Rabitə” doğma meydan amilindən yararlanıb, qələbə qazanmalıydı. Gözlənildiyi kimi, çempionumuz rəqibini Bakıya gəlməyə peşman edib və inamlı qələbəyə sevinib.
Çempionlar Liqası
1 dekabr
Rabitə - Mulhauz - 3:0 (25:15, 25:13, 25:21)
