30 noyabr 2011 22:12
Lokomotiv Vaşaşı səfərdə darmadağın etdi (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Macarıstan “Vaşaş”ı ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk oyununu səfərdə keçirirdi. “Dəmiryolçular” cavab matçı öncəsi sərfəli nəticə qazanmağı hədəfləmişdilər. Komandamız bu istəyinə çatıb. Belə ki, "Lokomotiv" rəqibini elə ilk oyundaca darmadağın edib.
Çellenc kuboku
1/16 final (ilk oyun)
30 noyabr
Vaşaş - Lokomotiv - 0:3 (21:25, 11:25, 9:25)
