29 noyabr 2011 19:10
İqtisadçı Rumıniya klubunu darmadağınla yola saldı (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, voleybol üzrə qadınlar arasında keçirilən CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə Azərbaycanı “İqtisadçı” klubu təmsil edir. Azerisport.az xəbər verir ki, komandamız ilk oyununu bu gün Bakı İdman Sarayında Rumıniyanın “Dinamo Romprest” komandasına qarşı keçirib.
Görüş meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız rəqibini cavab oyunu öncəsi darmadağın edib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü isə dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarest şəhərində oynanılacaq.
CEV kuboku
1/16 final (ilk oyun)
29 noyabr
İqtisadçı - Dinamo Romprest - 3:0 (25:16, 25:21, 25:10)
