29 noyabr 2011 21:22
Azərreyl Rumıniyada darmadağına imza atdı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız start matçını səfərdə keçirib.
D qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirib. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib. Nəticədə, "Azərreyl" səfərdə darmadağına imza atıb.
Çempionlar Liqası
D qrupu
29 noyabr
Tomis Constanta – Azərreyl - 0:3 (19:25, 18:25, 22:25)
