28 noyabr 2011 16:50
Azərreyl Rumıniyaya yola düşdü
Məlum olduğu kimi, bu il ölkəmizi Çempionlar Liqasında iki komandamız “Azərreyl” və “Rabitə” klubları təmsil edəcəklər. Azerisport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışı keçirən “Azərreyl” dünən - 27 noyabr 2011-ci il tarixində Rumıniyanın Konstanta şəhərinə yola düşüb.
D qrupunda mübarizə aparan komandamız ilk görüşünü səfərdə 29 noyabr 2011-ci il tarixində Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 21:00-da baş tutacaq.
