28 noyabr 2011 16:22
İqtisadçı sabah CEV kubokunda ilk oyununa çıxacaq
Voleybol üzrə qadınlar arasında keçirilən CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə Azərbaycanı “İqtisadçı” klubu təmsil edəcək. Azerisport.az xəbər verir ki, “İqtisadçı” ilk oyununu noyabrın 29-da Bakı İdman Sarayında Rumıniyanın “Dinamo Romprest” komandasına qarşı keçirəcək.
Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarest şəhərində oynanılacaq.
