23 noyabr 2011 15:54
Superliqanın təqvimində dəyişiklik edildi
Noyabrın 26-da start götürəcək qadın voleybol komandaları arasında Super Liqa yarışlarının birinci dövrəsinin təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, birinci dövrənin 2-ci turundakı “Lokomotiv-Biləcəri” – “Rabitə” görüşü birinci tura keçirilib.
Beləliklə, Bakı İdman Sarayında keçiriləcək birinci turda “Rabitə” – “Lokomotiv-Biləcəri”, “İqtisadçı” – “Azəryolservis” və “Lokomotiv” –“Bakı” görüşləri baş tutacaq.
