22 noyabr 2011 15:22
Superliqa klubu adını dəyişdi
Qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan Super Liqasının debütantı “Lokomotiv-2” klubunun adı dəyişdirilib. Azerisport.az xəbər verir ki, yeni yaradılan komanda bundan sonra “Lokomotiv-Biləcəri” adlanacaq.
Baş məşqçi İqor Filştinskinin çalışdırdığı klub ilk turda “Azərreyl”lə oynamalı olsa da, görüş təxirə salınıb. Buna səbəb baş məşqçi Faiq Qarayevin yetirmələrinin Çempionlar liqası yarışlarında qarşılaşmalarının olmasıdı. (Azertac)
