13 noyabr 2011 00:07
Azərbaycan finalda uduzub, lisenziya şansını itirdi
Noyabrın 12-da Bakı İdman Sarayında qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin final qarşılaşması keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda Azərbaycan və Bolqarıstan milli komandaları qarşılaşıblar.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:3 (12:25, 25:21, 18:25, 25:15, 9:15) hesabı ilə Bolqarıstan voleybolçularının xeyrinə başa çatıb. Beləcə, Azərbaycan millisinin olimpiadaya lisenziya qazanmaq ümidləri puç olub.
