10 noyabr 2011 19:50
Millimiz Danimarkanı darmadağın edib, mərhələ adladı (YENİLƏNİB)
Bu gün Bakı İdman Sarayında voleybol üzrə qadınlar arasında təsnifatqabağı Avropa Olimpiya turnirinin qrup mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, günün ilk matçında yarımfinala vaxtından əvvəl vəsiqə qazanmış Ukrayna və Çexiya komandaları qarşılaşıblar.
Çexiya voleybolçuları 3:0 (25:19, 25:18, 25:16) hesabı ilə qalib gəliblər. Nəticədə qrup birincisi kimi Çexiya millisi turnirin yarımfinalına yüksəlib.
Sonra isə Azərbaycan yığması Danimarka ilə üz-üzə gəlib. Ötən tur Bolqarıstana məğlub olmuş komandamız yarımfinala vəsiqə qazanmaq üçün mütləq şimallılara qalib gəlməliydi. Komandamız bu vəzifənin öhdəsindən gələ bilib. Belə ki, voleybolçularımız rəqib üzərində böyükhesablı qələbəyə seviniblər - 3:0 (25:14, 25:22, 25:7).
