10 noyabr 2011 15:42
Kimberli Qlass Rabitədə qaldı (YENİLƏNİB)
Amerikalı voleybolçu Kimberli Qlassın "Rabitə"ni tərk etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o bu haqda öz Twitter-ində şəxsi abunəçilərindən birinin suallarını cavablayarkən bildirmişdi.
"Hə, mən getmişəm" - deyə Qlass təsdiqləmişdi. Lakin klub bu xəbəri təsdiqləməyib. Aldığımız son məlumata görə, voleybolçu hazırda komanda ilə birgə Sürixdədi.
Qeyd edək ki, bakılıların heyətində Qlass Azərbaycan çempionluğunu qazanmış və Çempionlar Liqasının finalçısı olmuşdur.
