9 noyabr 2011 12:46
Danimarka Bakıda darmadağın oldu, Ukrayna qələbə qazandı
Dünən “Bakı İdman Sarayında” voleybol üzrə qadınlar arasında Avropa Olimpiya təsnifatqabağı turnir start götürüb. Azerisport.az xəbər verir ki, ilk olaraq Azərbaycan yığmasının çıxış etdiyi B qrupunda mübarizə aparan Bolqarıstan və Danimarka milliləri üz-üzə gəliblər.
Oyun elə ilk setin əvvəllərindən Bolqarıstan milli komandasının üstünlüyü ilə başladı. İlk iki setdə ardıcıl olaraq Bolqarıstan milli komandası 25:12 hesabı ilə qələbə qazanıb. Üçüncü hissədə isə oyun ərzində ilk dəfə olaraq Danimarka millisi ilk texniki fasiləyə üstün yollanı 8:6. Amma buna baxmayaraq Bolqarıstan millisi yenidən üstünlüyü ələ alaraq 25:16 hesabı ilə 3-cü seti də qalib başa vurub – 3:0.
Günün ikinci oyunu A qrupunda mübarizə aparan Ukrayna və Macarıstan milli komandaları arasında baş tutub. İlk setdə hər iki komanda bərabər mübarizə aparıb, setin sonunda da hər iki komanda qələbəyə yaxın olub. Amma sonda 25:23 hesabı ilə Macarıstan komandası qalib gəlib. İkinci hissədə isə Ukrayna millisi 25:15 hesabı ilə Macarıstan komandasına çətinlik çəkmədən qalib gələrək hesabı bərabərləşdirib. Üçüncü hissədə də ilk texniki fasiləyə 8:7 hesabı ilə Macarıstan komandası üstün yollansa da, setin sonunda sevinən tərəf Ukrayna olub. 3-cü hissədə 25:19 hesabı ilə qalib gələn Ukayna millisi, 4-cü setdə də çətinliklə də olsa qalib gəlib – 25:23. Beləliklə Ukrayna Millisi turnirə qələbə ilə star verib – 3:1.
Qeyd edək ki, milli komandamız bu hün 18:30 da Bolqarıstan yığması ilə qarşılaşacaq. Günün ilk oyunu isə 16:00 da Çexiya və Macarıstan komandaları arasında olacaq.
