31 oktyabr 2011 17:36

Azərbaycan Belarus, Finlandiya və Avstriyaya rəqib oldu

Voleybol üzrə gənclərdən və böyüklərdən ibarət milli komandalar arasında növbəti Avropa çempionatlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Lüksemburqda yerləşən mənzil-qərargahında baş tutan mərasimdə Azərbaycanın da rəqibləri müəyyənləşib.
 
2012-ci ildə keçiriləcək gənclər arasında Avropa çempionatında voleybolçu qızlarımız həlledici mərhələyə vəsiqə uğrunda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Voleybolçularımız Sloveniyanın ev sahibliyi edəcəyi seçmə mərhələnin B qrupunda çıxış edəcək. 2012-ci ilin 10-15 aprelində keçiriləcək seçmə mərhələdə yığmamız Ukrayna, Belçika, İspaniya, Xorvatiya, Sloveniya və birinci mərhələdə qarşılaşacaq Çernoqoriya, İsveç və Estoniya yığmalarının ən güclüsü ilə qarşılaşacaq.
 
Faiq Qarayevin başçılıq etdiyi əsas millimiz də mübarizəyə ikinci təsnifat mərhələdən başlayacaq. Qızlarımız AÇ-2013-ün final mərhələsinə vəsiqə uğrunda C qrupunda yarışacaq və Belarus, Finlandiya, Avstriya yığmaları ilə mübarizə aparacaq. Yığmamızın yer aldığı qrupun ilk mərhələsinin oyunları gələn ilin 6-9 sentyabrında Finlandiyada, ikinci dövrəsi həmin ayın 13-16-da Bakıda keçiriləcək.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub