29 oktyabr 2011 13:27
Azərbaycan Uraloçka üzərində qələbəyə sevindi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Türkiyədə təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz Rusiyanın “Uraloçka” komandası ilə yoxlama oyunu keçirib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun voleybolçularımızın xeyrinə başa çatıb – 2:1.
