26 oktyabr 2011 13:00
Yığmamız Danimarka və Bolqarıstana rəqib oldu
Xəbər verdiyimiz kimi, noyabrın 8-13-də Bakı İdman Sarayında voleybol üzrə 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına təsnifat xarakterli beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi ilə yanaşı, Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan yığmaları da iştirak edəcəklər.
Artıq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Voleybolçu qızlarımız noyabrın 9-da Bolqarıstan, bir gün sonra isə Danimarka yığmaları ilə qarşılaşacaqlar.
Turnirin qalibi gələn il İstanbulda təşkil olunacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda iştirak hüququ qazanacaq.
