25 oktyabr 2011 16:18
Təmsilçimiz Sloveniya klubunu həm yendi, həm də yenildi
İldən-ilə güclənməkdə olan voleybol üzrə Azərbaycan çempionatı bu il daha maraqlı olacaq. Azerisport.az xəbər verir ki, ötən illərdən fərqli olaraq bu il çempionluq uğrunda 7 komanda mübarizə aparacaq (“Azərreyl”, “Rabitə”, “Bakı”, “Lokomotiv”, “İqtisadçı”, “Lokomotiv 2” “Azəryolservis”).
Bildiyimiz kimi bu il “Rabitə” və “Azərreyl” komandaları “Çempionlar Liqasında”, “Lokomotiv” və “Bakı” klubları “Çağırış kubokunda”, “İqtisadçı” komandası isə “Avropa Voleybol Konfederasiyasının kuboku” uğrunda mübarizə aparacaqlar.
Həm avrokuboklarda, həm də ölkə çempionatında mübarizə aparacaq komandalar oyunçuların fiziki cəhətdən hazır olmaları üçün təlim-məşq toplantıları keçirirlər. Klublarımız həm ölkədə, həm də ölkədən kənarda hazırlıqlarını davam etdirirlər.
“Lokomotiv” Sloveniyada təlim-məşq toplanışı keçirir. “Dəmiryolçular” təlim-məşq toplanışı ilə bərabər Avstiryanın “SVS Post Schwechat ” komandası ilə 2 yoldaşlıq görüşü keçirib. Qarşılaşmaların birinci günü 2:3 hesabı məğlub olan “Lokomotiv” ikinci gün məğlubiyyətin əvəzini çıxaraq 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandamız daha bir neçə yoldaşlıq görüşü keçirəcək.
