24 oktyabr 2011 16:51
Azərreyl Türkiyəyə yola düşdü
Həm avrokuboklarda, həm də ölkə çempionatında mübarizə aparacaq voleybol komandalarımız fiziki cəhətdən turnirlərə hazır olmaq üçün təlim-məşq toplanışları keçirirlər. Azerisport.az xəbər verir ki, voleybolçularımız həm ölkədə, həm də ölkədən kənarda hazırlıqlarını davam etdirirlər.
İki komandamız - “Azərreyl” və ilk dəfə olaraq Azərbaycan çempionatında mübarizə aparacaq “Azəryolservis” Antaliyaya təlim-məşq toplanışı üçün yola düşüblər. Hazırlıq prosesi çərçivəsində komandalar öz aralarında bir neçə yoldaşlıq görüşü də keçirəcəklər.
