21 oktyabr 2011 02:14
Türkiyəli voleybolçu Rabitə ilə yollarını ayırdı
Türkiyəli voleybolçu Pelin Çelik Bakının “Rabitə” komandasından ayrılınb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempioun ilə Dohada keçirilən dünya çempionatında qızıl medallara sahib olan Türkiyə millisinin sabiq voleybolçusu ölkəmizdən ayrılıb.
Buna səbəb onun paytaxt klubu ilə razılaşmasının başa çatmasıdı. Belə ki, avqustda “Rabitə” ilə 2 aylıq anlaşan voleybolçunun müqaviləsinin müddəti bitib.
Qeyd edək ki, Pelin Çelik Ankaraya azad agent kimi gedəcək. Onun yenidən Azərbaycanın digər klublarında forma geyinməsi mümkündü.
