19 oktyabr 2011 00:12
İlham Əliyev də Rabitəni mükafatlandırdı
Azərbaycan prezidenti İlham Əliyev “Rabitə” voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb. Azerispot.az xəbər verir ki, “Rabitə”nin Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmasını ölkə rəhbərliyi də diqqətdən kənarda saxlamayıb.
Sərəncama əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə” voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
